22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |    
Sosial 25.01.2021 220

Azərbaycanda toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək? - Bu aydan sonra...

Toy, əyləncə və şənlik məclislərinin keçirilməsinə qoyulan qadağanın davam etməsi ölkədə böyük bir kütlənin çətinliklə üzləşməsi ilə nəticələnib.

Operativ24.Az   baku.ws-ə istinadən xəbər verir ki, bu sektordan bir çox xidmət sahəsinin işçiləri ciddi şəkildə təsirlənib.

Karantin dövründə toyların keçirilməsinə icazəni gözləməyən və rəsmi nikaha daxil olan cütlüklər də az deyil. Hazırda Azərbaycanda koronavirusa yoluxma halları getdikcə azalır və yumşaldılmalara gedilir. Digər tərəfdən ölkədə vaksinasiyaya da start verilib.

Bütün bunların fonunda toy və yas mərasimlərinin keçirilməsinə icazə gözlənilirmi? Qadağananın götürülməsi nə vaxt baş verə bilər?

Bu sualı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev cavablandırıb: "Hesab edirəm ki, yaxın iki ayda toylar və digər şənliklərin və insanların bir yerə toplaşması ilə müşayiət olunan tədbirlərin keçirilməsi ilə bağlı fikir söyləmək çox tez olar.

Aprelin birinə kimi ölkədə karantin rejimidir. Vaksinasiya prosesi də artıq ölkədə başlayıb və yaxşı effekt də verəcək. Virusun üçüncü dalğası olmazsa, yoluxmalar iki rəqəmli həddə düşərsə, hər hansı bir şəkildə toyların və şənliklərin bərpa olunmasından söhbət gedə bilər.

Fikrimcə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsi əsasında toylar, nişanlar və digər şənliklərin keçirilməsi ilə bağlı bir təlimatın da imzalanması yaxşı olardı.

 Əvvəlki qaydada 5-6 saat davam edən və 500-800 nəfərin toplaşdığı məclislərlə bağlı, yəqin ki, danışmalı olmayacağıq.

Hesab edirəm ki, qısa müddət ərzində 50-60 nəfərin toplaşdığı tədbirləri isə apreldən sonra keçirmək olar.
Azərbaycanda vaksinasiya prosesi başlayıb və vaksinləşən insanların immunitetinin yaranması üçün təxminən 40 günə qədər vaxt lazım olacaq.

 Bu da təxminən mart ayının ortaları və sonuna gəlib çıxacaq. Təxminən eyni vaxtda, aprelin 1-nə qədər karantin rejimi davam edir".






Starxeber Bizi instagramda izləyin