Prezident İlham Əliyev Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş videokonfransda çıxış edib:
"Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır. Bu da ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Əminəm ki, ölkələrimiz arasında hər səviyyədə, ilk növbədə, prezidentlər səviyyəsində yaxından siyasi əməkdaşlıq olmasa, bugünkü sənəd imzalana bilməzdi."