22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
İdman 21.01.2021 597

Covid19 idmançılarımızı nədən uzaq saldı?

2020 pandemiya səbəbinə görə uğursuz il kimi yadda qaldı. Əsrin bəlası deyə biləcəyimiz koronavirus bütün sahələrə, insan sağlamlığına ciddi zərbə vurdu. "Covid19" bəlası idmandan yan keçmədi, idmanı çökdürdü desək yanılmarıq. 

2021-ci ilə qədəm qoyduq, müsbət xəbərlər eşitməyimizə baxmayaraq virusun məhv olmamasına görə pandemiya vəziyyəti hələ də davam edir. 

Məkanların bağlı olması, idmançıların idmandan uzaq düşməsi, beynalxalq yarışların təxirə salınması, ölkə ərazisində tətbiq olunan məhdudiyyətlər həm karyera, həm də şəxsi həyatlarında yaranan boşluğa səbəb olub.

Buna görə də Operativ24.az ölkənin tanınmış, tanınmaqda olan, sevilən və titullu idmançıları ilə sorğu keçirdi: "Pandemiya şəraitənə görə sevdiyiniz hansı məşğuliyyətdən uzaq düşmüsünüz."

Boks üzrə Azərbaycan milli komandasının üzvü, Avropa, dünya və olimpia mükafatçısı Kamran Şahsuvarlı - "Peşəmizdən,
idmandan uzaq düşmüşük. Zalların bağlı olmasına görə məşq edə bilmirik. Problemin həllini tapacağı günü gözləyirik."

Voleybol üzrə Azərbaycan milli komandası və "Neftçi"nin aparıcı üzvü Elmin Alişanov - "Məlumdur ki, pandemiya səbəbinə görə sevdiyimiz işdən, voleyboldan uzaq düşmüşük. Qapalı zalda məşq etməyə icazə yoxdur, ona görə oyunlara da çıxmırıq. Aylardır vəziyyət belədir. Əlavə olaraq üzgüçülük sevdiyim idman növüdür, vaxtaşırı məşğul olurdum, pandemiya onu da məndən uzaq saldı. Bundan başqa Azərbaycanın təbiətini seyr etməyi çox sevirəm, əslən cənubluyam, amma bütün regionlarımıza səfər edirəm. Pandemiya bitsə, yenə o günlərə dönüb sevdiyimiz işlərlə məşğul olarıq." 

Stend altıcılığı üzrə dəfələrlə beynəlxalq yarışların qalibi Rəna Ələsgərova - "Pandemiya bizi idmandan uzaq salıb. İdmansız qalmaq çox çətindir."

Futbol üzrə Azərbaycan milli komandası və "Sumqayıt" klubunun gənc qapıçısı Aydın Bayramov - "Kinoteatrlarda film izləməyi çox sevirəm. Pandemiya vəziyyəti buna icazə vermədiyinə görə məcburən evdən seyr edirəm. Ümid edirəm tezliklə pandemiya bitər, normal həyata qayıdarıq." 

Tanınmış Voleybolçu, Azərbaycan milli komandası və "Xilasedici" nin əsas üzvlərindən olan İlqar İmamquliyev - "Təəssüf hissi ilə qeyd edirəm ki, pandemiya bizi idmandan uzaq salıb. Voleybolun üzünə həsrət qalmışıq. Pandemiyanın bitməsini səbrsizliklə gözləyirik.

"Səbail" in üzvü gənc futbolçu Ruslan Hacıyev - Umumi baxanda evə bağlı insanam, ona görə ciddi problem yaşamıram. Amma yayda hovuza və dənizə gedə bilmədim deyə çox üzülürəm."

Ağa Dadaşzadə






Starxeber Bizi instagramda izləyin