10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 14.01.2021 235


Azərbaycan İlahiyyat İnstitutunun rektoru Türkiyədə fəaliyyət göstərən Akdemİstanbul dil kurslarının baş direktoru ilə onlayn görüşüb



Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Türkiyədə fəaliyyət göstərən Akdemİstanbul dil kurslarının baş direktoru Dr. Muammed Ağırakça ilə onlayn görüş keçirib.

Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Aİİ-nin rektoru Aqil Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, İnstitut təhsilalanların ilahiyyat sahəsi üzrə mütəxəssis kimi yetişmələri üçün ixtisasın əsas dillərindən olan ərəb dilinin təkmilləşdirilməsində maraqlıdır.  Aİİ rektoru həmçinin qeyd edib ki, tələbələrin dil biliklərinin artırılması üçün əlavə kurslar da fəaliyyət göstərir.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov tələbələrə keçirilən ərəb dili fənni haqqında məlumat verib. Bildirib ki, təhsilalanlar İnstitutda ərəb dili ilə yanaşı, ingilis və fars dillərini öyrənirlər. Bu fənlərin tədrisi əsasən 4 dil bacarığının mükəmməl öyrədilməsi yönündə aparılır.

Daha sonra Akdemİstanbul dil kurslarının baş direktoru Dr. Muhammed Ağırakça təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, Türkiyə Təhsil Nazirliyinin tərkibində özəl olaraq fəaliyyət göstərən Akdemİstanbul dil kurslarında ərəb dilinin tədrisi aparılır. Eyni zamanda nəşr işlərinin həyata keçirildiyini, 250-dən artıq kitabın çap olunduğunu bildirib. Dr. Muhammed Ağırakça Akdemİstanbul dil kurslarında ərəb dili səviyyəsinin öyrənilməsi üçün sınaqların həyata keçirildiyini, ixtisasartırma kurslarının fəaliyyət göstərdiyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində tələbələrin ixtisaslarına daha dərindən yiyələnmələri, bilik və bacarıqlarının təkmilləşdirilməsi yönündə xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif universitetlər, təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələri yaradır.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin