17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Kriminal 14.01.2021 1 495

Abşeron rayonunda həyat yoldaşını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Seynur Abbasovun cinayət işi.

Operativ24.Az  xəbər verir ki, hadisə Xıradalan şəhərində baş verib.

29 yaşlı Türkanə Məmmədcanova evdə həyat yoldaşı, 40 yaşlı Seynur Abbasovla mübahisə edib.
Qısqanclıq nəticəsində yaranan mübahisə zamanı Seynur Abbasov Türkanə Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub.

Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.

Həyat yoldaşını öldürən Seynur Abbasov bıçaqla özünə də xəsarət yetirib. O, polis nəzarətində xəstəxanaya çatdırılıb. Həkimlər yaralının həyati təhlükəsini aradan qaldırıblar.

Təqsirləndirilən şəxs qisminsə dindirilən Seynur Abbasov ifadəsində bildirib ki, Türkanə ilə 2006-cı ilə ailə qurub. Birgə nigahdan 4 övladları olub. Son illər ərzində onların münasibətləri pozulub. Heç bir yerdə işləmədiyi və evə qazanc gətirmədiyinə görə aralarında mübahisələr yaranıb. Arvadı ondan boşanacağını bildirib.

2018-ci il martın 21-də Novruz bayramı günü olmasına baxmayaraq səhər saatlarından arvadı ilə mübahisə etməyə başlayıblar: " Axşam evdə yemək yedik. Türkanə mənə dedi ki, yığışıb gedirəm atam gilə. Başladı valideyinlərimin ünvanına nalayiq ifadələr işlətməyə. Mübahisə düşdü aramızda. Mətbəxdən bıçaqı götürüb sinəmə xəsarət yetirdi. Əlindən bıçaqı alıb bədəninə 3-4 dəfə zərbələr vurdum".

Seynur ifadəsində daha sonra bildirib ki, zərbələrin təsirindən Türkanə yerə yıxılıb. O, daha sonra çölə çıxıb qızına anasını xəstəxanaya aparmaq lazım olduğunu deyib. Həyətdən küçəyə çıxaraq evlərindən bir qədər uzaqlaşıb. Yoldaşını öldürdüyünü anlayaraq intihar etmək istəyib. Bıçaqla özünün sinə nahiyyəsinə xəsarətlər yetirib. 

Bir qədər sonra taksi ilə "Memar Əcəmi" metro stansiyasının yaxınlığına gedib. Orada özünü pis hiss etdiyindən yolun kənarında oturub. Polis əməkdaşları yaxınlaşın ondan nə olduğunu soruşduqda Abbasov arvadına və özünü bıçaqla xəsarət yetirdini bildirib. Polis əməkdaşları onu xəstəxanaya çatdırılblar. 

Məhkəmə prosesində Seynur Abbasov ittiham üzrə özünü qismən təqsirli bilib.  

Məhkəmə hesab edib ki, Seynur Abbasovun cinayət əməlini törətməkdə təqsirli olması, özünün qismən etiraf edici ifadəsi, toplanmış sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin iş materialları ilə tam sübuta yetirilib. 

Sonda məhkəmənin hökmü ilə Seynur Abbasov qəsdən adam öldürməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

//Ölkə.Az  






Starxeber Bizi instagramda izləyin