10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 13.01.2021 78

[spoiler][/spoiler]Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni üzvlər seçilib


Ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliliyinin gücləndirilməsi məqsədilə təsis edilmiş Azərbaycan Könüllü Təşkilatları İttifaqına 12 yanvar tarixində keçirilən iclas zamanı yeni üzvlər qəbul olunub.

Onlayn formatda keçirilən iclasda İttifaqa üzv olmaq üçün müraciət etmiş təşkilatlar müvafiq könüllülük proqramları və öz fəaliyyətləri haqqında təqdimatlar ediblər. Yekunda idarə heyəti tərəfindən keçirilən səsvermə əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat könüllüləri” Proqramı, Bakı Gənclər Mərkəzinin “Yeni dövrün Yeni könüllüləri” Proqramı və “Elektron Sosial Aktivlik Sistemi (eSAS) Könüllüləri” İctimai Birliyi Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni üzvləri olaraq təsdiq olunublar.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara töhfə vermək məqsədilə formalaşdırılmış və bu müddət ərzində səmərəliliyini sübut etmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması zərurəti ilə təsis edilmişdir.

İttifaqının üzvləri “ASAN Könüllüləri” Təşkilatı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, "Diplomatiya Könüllüləri" Qrupu, “Gənc Könüllülər” Hərəkatı, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı, "SƏLİS Könüllüləri" İctimai Birliyi, "Ədliyyə Könüllüləri" İctimai Birliyi, "Könüllü Qida Nəzarətçisi" Proqramıdır, “İslahat könüllüləri” Proqramı, “eSAS könüllüləri” İctimai Birliyi və Bakı Gənclər Mərkəzinin “Yeni dövrün Yeni könüllüləri” Proqramıdır. 


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin