"Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidən açılmasını səbirsizliklə gözləyirəm".
SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə yazıb. Aktrisa karantindən, teatrların olmamasından gileylənib:
"Özümüzü gözəgörünməz düşmən olan koronavirusdan qorumalıyıq. İnsanlar bizi sevindirir, həyacanlandırır, ağladır və güldürür.
Hazırda hamımızın bir möcüzəyə ehtiyacımız var. Möcüzəni isə Allah yaradır. Bunun üçün dua edək".