22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Kriminal 9.01.2021 134

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı dövlət orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Operativ24.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı həmin şirkətlərdən birinin təsisçisi və direktoru olan Bakı şəhər sakini Səməd Hüseynzadənin 1000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Qeyd edilən iki dövlət qurumunun əməkdaşları tərəfindən birgə keçirilən daha bir analoji tədbir zamanı isə digər MMC-nin təsisçisi və direktoru olan Amil Əhmədov da saxlanlıb. Araşdırma zamanı onun saxta məlumatlar və sənədlər əsasında çoxsaylı vətəndaşları icaze portalından guya özünə məxsus şirkətdə işlədiklərinə dair qeydiyyatdan keçirdiyi məlum olub. Bununla da Amil Əhmədov həmin şəxslərə ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə qanunsuz şərait yaradıb.

Araşdırma zamanı qanunsuz qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri ləğv olunub.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanılıb.MMC-lərin direktorları Səməd Hüseynzadə və Amil Əhmədov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.






Starxeber Bizi instagramda izləyin