22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 8.01.2021 126

Vətən müharibəsi zamanı döyüşlərin birində sol ayağını itirən qazi Abbas Yusifov nişanlısı ilə ötən gün rayon qeydiyyyat şöbəsində nikah bağlayıb və bu xoş anın fotoları az müddətdə sosial şəbəkələrin bəzəyinə çevrilib.

Operativ24.Az baku.ws-ə istinadən xəbər verir ki, qazimiz Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndinin sakinidir.

24 yaşı fevralda tamam olacaq qazimiz gənc zabitdir. Ayağının birini itirsə də, hefyslənmədiyini deyir. Sadəcə axıra kimi döyüşlərdə iştirak edə bilmədiyi üçün heyfslənir.

Leytenant rütbəli Abbas Suqovuşan və Talış istiqamətlərində döyüşlərdə iştirak edib. Sentyabrın 30-da isə döyüşlərin birində minaya düşüb.



O bildirib ki, hərbiyə marağı uşaq vaxtlarından olub:
"Əvvəllər televiziyalarda görürdüm özümüzü. Bizim kənd cəbhə kəndidir. Atışma da olurdu. Bu kimi şeylər məndə hərbiyə maraq oyatdı. Evin tək oğlu olsam da döyüşlərə getdim. Döyüş yolum ilk günlərdən Suqovuşandan başladı. Düşmənin minasına düşərək xəsarət aldım".



Abbas Yusifov deyir ki, döyüş zamanı orduda bir zabit kimi yüksək əhval ruhiyyənin şahidi olub.
Gələcəyə nikbin baxan qazimizin sözlərinə görə, həyata keçiriləcək çoxlu planı var:

"Biz ora canımızı verməyə getmişdik, vətən ayağımızı aldı, canımız da qurbandır. Bir ayağımın olmaması şükür Allaha ki, mənə elə də problem yaratmır. Döyüşlərdən qabaq hərbçi olanda nişanlı idim. Evliliyimiz qazi olan vaxta təsadüf etdi. İstər öz ailəm, istərsə də yoldaşımgil tərəfindən ayağımın birinin olmamasını mənə hiss etdirilmədi".

Abbasın indi bir istəyi var. O, pratez ayaq qoydurmaq və yenidən hərbi xidmətini davam etdirmək istəyir.






Starxeber Bizi instagramda izləyin