10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 7.01.2021 133

Planet və bürclər il boyu hərəkətlərinə görə insanların orqan və sistemlərinə, sağlamlıq və müalicəsinə təsirsiz ötüşmür.


 Sağlamlıq qoroskopunun analizi sizi vaxtında səhhətinizdəki problemlərə qarşı diqqətli olmağa yardım edə bilər.


Operativ24.Az   2021-ci ildə hansı bürcü hansı xəstəlik və nədən müalicə almalı olması barədə geniş məlumatı təqdim edir:


Nəzərə alın ki, sağlamlıqla bağlı bütün dəyişikliklər bu mərhələlərdə olur: mənəvi ruhi, psixi və fiziki.


QOÇ

Bəzi xroniki xəstələr yüngülləşəcək, psixi problemlər azalacaq, öz tələb tələbatınızı, arzularını, məqsədinizi daha yaxşı anlayacaq, qəbul edəcəksiz

Bu il dişlərin müalicəsi, implant və protez üçün uğurludur.


İctimai yerlərdə, kütlə icində, nəqliyyatda, yeraltı keçidlərdə ehtiyatlı olun. Yaz və yayda bu yerlərdə qəza, hadisə, travma, yıxılma, iş yerində qəza, hətta kiminsə hücumu və xəsarəti ola bilər.Xüsusən qadınlar yad adamlarla ehtiyatlı olmalıdır.


Hamiləliklər üçün çətinlik və düşük riski çoxdur, eləcə də sonsuzluğun müalicəsi uğursuz ola bilər.

Energetik hücumlardan, vampir insanlardan və manipulyasiyadan qorunun.


Bu il ciddi əməliyyat gözlənilmir, əgər olsa da həkimi diqqətli seçin.

Ən uğurlu məqam ruhi, mənəvi, psixoloji baxımdan olacaq.


BUĞA

İlin birinci yarısı immun sistem zəiflədiyindən bir çox problemlər baş qaldıra bilər.


Profilaktik tədbirlərə, immuniteti möhkəmlətməyə, fiziki aktivlik, idman, masaja getməyə çalışın. Bədəndə maye balansı pozulub, su toplanması, durğunluq var.


Limfodrenaj masaj və prosedurları sınayın.

Spirtli içki, aqressiv dərmanlar, bilmədiyiniz türkəçarələrlə ehtiyatlı olun. Yayda dəniz və sudan qorunun.


İlin birinci yarısı sağlamlığınızı qaydaya salsanız, ikinci yarıda tam sağlam başa vuracaqsız.

İllərdir sonsuzluqdan əziyyət çəkənlər üçün uğurlu ərəfədir.


Eləcə də xərçəng xəstələrinin müalicəsi, kimyaterapiyalar, infeksion xəstəliklərin müalicəsi də yüngül keçəcək.


ƏKİZLƏR

Həyat enerjiniz və ruh yüksəkliyiniz ilboyu sizi müşayiət edəcək.


Əgər kiçik bir problemdən ötrü müayinə olunsanız, həkim və diaqnoz səhvi ola bilər.


Ölkədən kənarda və kurort müalicəsi uğurlu olacaq. Sümük, əzələ sistemi, onurğa, dişlərlə məşğul olun. Onurğa üçün fizioterapiya və gimnastika yaxşı nəticə verəcək.


Yaydan sonra orqanizmdə bəzi sıradan çıxmalar ola bilər. Buna görə qidalanmanıza fikir verin. Ürək və qaraciyəri yüklənmədən qoruyun. Artıq çəki riski var.

Hamiləlik, süni mayalanma və sonsuzluq müalicəsi üçün effektiv ərəfə deyil.


XƏRÇƏNG

Xroniki xəstəliyi olanların vəziyyəti yüngülləşəcək. Ciddi sağlamlıq problemləri görünmür. Hamiləlik planlaması və ginekoloji müalicələr üçün uğurludur.

Yeni xəstəlik, diaqnozlar gözlənilmir. Lakin gözlənilməz xırda qəzalar, travmalar istisna deyil.

Ürək-damar sistemi və onkoloji xəstələrin vəziyyətinin pisləşməsi ola bilər.


Bir çox xroniki xəstələr adi qrip və virusdan da ağırlaşa bilər. İmmun sistemi buna hazır edin

Kosmetik əməliyyat və ciddi əməliyyatlara ehtiyatla qərar verin. Həkim səhvi ola bilər.


ŞİR

Sizin üçün mürəkkəb ildir, iş, istirahət və immuniteti möhkəmlətmək üçün profilaktik tədbirlər öncədən ciddi və düzgün planlaşdırılmalıdır. Şirlər depressiya, apatiya, səbəbsiz qorxudan əziyyət çəkə bilər. Həkimlər sizə, siz isə həkimlərə inanmayacaqsız.

Ekstremal turizm səfərlərində, yollarda və hündürlükdə ehtiyatlı olun.


Dayaq, hərəkət, onurğa, oynaq, dəri xəstəlikləri kəsknləşəcək. Bəzən sağlam bədəndə belə həyat enerjisi və gücün tükəndiyini hiss edəcəksiz.

Daha çox ostexondrozdan müalicə olunun. Diş protezi və implantı müalicəsini yaya saxlayın.

Başla bağlı problemləriniz də onurğa və ostexondrozdan qaynaqlanacaq.


QIZ

Sinir, əsəb sisteminin həssaslığı, oyanıqlığı artacaq.

Hamiləlik və süni mayalanma üçün uğurlu ildir. Hətta gözlənilmədən hamiləlik ola bilər. Bu il istənilən müalicə, kurort, fizioterapiya, sağlamlıq proseduru üçün düşərlidir.


Hətta ağır və xroniki xəstələr də enerji axını və güc hiss edəcəklər.


Təzyiq və şəkər xəstələri bədəndə ödem və maye toplanmasına meyilli olacaq.


Bəzi insanlarda gizli gedişli, diaqnozu çətin, qeyri aydın simptomları olan xəstəliklər yarana bilər. Bunun üçün ciddi dəqiq müayinələr lazımdır.


TƏRƏZİ

Sizə təbiətdə fiziki aktivlik, idman, yürüş, faydalı əmək dərmandır. Xüsusən ürək-damar və böyrəklərinizi diqqətdə saxlayın.

Ürəyi zəif olanların səhhəti bir qədər geriləyəcək.

Bu bürcdən olanların seksual istəyi, potensialı, enerjisi artacaq, ona görə də evlənmək, hamiləlik, ata olmaq planları gerçəkləşəcək.

İlin sonuna yaxın səhhətinizdə problemlər ola bilər. Bu da əsasən yenə də ürək və onurğadan qaynaqlana bilər.


Eləcə də boğazınızı qoruyun. Qadınlar qalxanvari vəzini yoxladıb, müalicə etdirsin.

Kosmetik prosedur, estetik əməliyyatlardan uzaq olmağınız məsləhətdir.


Əhvalınızı yalnız yaşla bağlı xarici görünüşdəki dəyişikliklər korlaya bilər. Ondan xilas yolu isə əməliyyat deyil.


ƏQRƏB

Psixi vəziyyətiniz stabil olmayacaq, həyatınızdakı bəzi kritik vəziyyətlər enerjinizi azaldacaq, həyat və iş potensialınız enəcək, burdan da orqanizmin müdafiə qabiliyyəti düşəcək.


Hətta ən sağlam Əqrəblər də yorğunluq və depressiyyadan əziyyət çəkəcək. Ona görə ən çox bu istiqamətdə çalışın və qıcıqlandırıcı amillərdən uzaq durun. Lazım gələrsə nevroloq, psixoloqdan yararlanın.


İlin ikinci yarısından baş qaldıracaq bir çox xəstəliklər sinir sisteminin balansının pozulmasından qaynaqlanacaq. Xroniki xəstələrin də bu səbəbdən xəstəlikləri kəskinləşə bilər.

Dişlər, sümüklər, bellə bağlı problemlər qabaracaq.

Eləcə də qaraciyərin yüklənməsi, spirtli içki bu orqanların da işini pozacaq.


OXATAN

İl keyfiyyətli müayinə və müalicə üçün uğurludur. Şişlər, toksiki zəhərlənmə, infeksion xəstələliklərin müalicəsi məqsədilə yeni metodlar sınayacaqsız.

Yayda orqanizmin zəifləməsi və bəzi problemlər gözlənilə bilər.


Öd, həzm və qaraciyərdə xoşagəlməz hisslər yaşanacaq. Xroniki xəstəliklərin simptomları güclənəcək.

Çalışın yayda kompleks müayinə-müalicələrdən keçəsiz.

Allergik reaksiyalar, dəridə səpkilər, sümük-əzələ sistemi xəstəlikləri, avitaminoz əsas probleminizdir.

Sağlam qidalanmaya və yüngül idmana keçin, açıq havada çox olun, günəş vannası qəbul edin.

İl boyu davadan, aqressiv insanlardan və oddan özünüzü qoruyun.


OĞLAQ

il sağlamlıq və xəstəliklərlə mübarizə üçün çətin ildir. 35 yaşındna sonra insanlarsa sürətli dəyişim və orqanizmin qocalması gedəcək. Bu da əhval-ruhiyyəni, əsəbləri pozacaq, ruhi travmalar verəcək. Dəri, ürək, hərəkət dayaq, onurğa xəstəlikləri xroniki fazaya keçə bilər.

Yolda qəza, travma, bəzi gözlənilməz qəzalar ehtimalı bu il yüksəkdir.

Yaydan sonra səhhətiniz düzələcək, fiziki gücünüz artacaq.

Çox yeməkdən, içkidən və sağlamlığa zərərli qidalardan uzaq durun. Əl-ayaq, üzdə mayedən şişmə varsa, mütləq ürəyinizi yoxladın.

Bu il artıq çəki və piylənmə ilə mübarizə ilidir.

Qaraciyər və mədə-bağırsağı lazım olduğundan artıq yükləməyin. Böyrək və qaraciyər xəstələri xüsusi müalicə kursu götürməlidir. Xalq təbabəti ilə özbaşına məşğul olmayın.


DOLÇA

İl boyu keçən ildən qaynaqlanan yorğunluq, həyat və iş qabiliyyətinin azalması, orqanizmin dözümsüzlüyü artacaq. Özünüzü ələ alıb, depressiyaya düşməməyə çalışmalısız. Hormon, vitamin, mineral çatışmazlığını yoxladın.


Sizi qəribə naməlum mənşəli ağrılar, spazmlar, bundan qaynaqlanan qorxular izləyir.

Dişlərin müalicəsini illərdir təxirə salırsız, bundan da qorxursuz.


Bu il hündürlükdən, sınıq, çıxıqdan, qəfil qəzalardan qorunun.


Sonsuzluq müalicəsi və hamiləlik uğurlu olacaq.

Yayda özünüzü fiziki baxımdan yükləməyin. Orqanizm zəifləyə bilər. Yayda arıqlamaq asan və uğurlu olacaq.

Bu il yaxşı terapevt və nevroloq axtarışında olun.

BALIQLAR

Bütün il boyu orqanizmin müxtəlif sistem və orqanlarının fəaliyyəti ilə bağlı profilaktika və müalicələrə vaxt sərf edəcəksiz. Amma buna baxmayaraq, həyat enerjiniz və ruhi gücünüz yüksək olacaq.


Sizin problemlər sinir sisteminizin həssaslığı və oyanlq olması ilə bağlıdır.

Çoxdandır övlad sahibi olanlar üçün gözləniməz xəbər gələcək.


Bu il planetlərin bürcünüzdə düzülüşü psixikanıza bir qədər mənfi təsir edəcək.


Daha çox hərəkətdə olun, gəzin, çünki hərəki aktivlik olmayanda, psixi problemlər dərinləşir.


Su prosedurları, masaj, fizioterapiya üçün yaxşı ildir.

Yaradıcı insanlar bəzi hallarda baş, beyinlə bağlı narahatlıqlar keçirə bilər, bunların da kökündə psixi narahatklıq dayanır.


 /medicina.az






Starxeber Bizi instagramda izləyin