22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Mədəniyyət 30.12.2020 334

"Çox ağır və narahat il oldu. Xəstəlik, pandemiya insanlara aman vermədi. Nə qədər şəhidlərimiz oldu”.

 

Operativ24.Az   xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Rasim Balayev sonuna sayılı günlər qalan 2020-ci illə bağlı təəssüratlarını bölüşərkən deyib.


Aktyoru sevindirən yalnız bir xəbər olub, o da Qarabağın işğaldan azad olunması:

 

"2020-ci il Qarabağın işğaldan azad olunması xəbəri ilə yadda qaldı. Uzun illərdən sonra torpaqlarımıza qovuşduq, Qarabağ işğaldan azad edildi. Bu şad xəbəri eşitmək nəhayət ki, bizə nəsib oldu. Bu günü görə bildik. Amma çox sayda şəhidlər verdik. Cavan oğullarımız Vətən uğrunda canlarından keçdi. O şəhidlər qanı ilə tarix yazdı, hamısının ruhu qarşısında baş əyirəm”.

 

Xalq artisti yaradıcılığında sükutun hökm sürdüyünü də bildirib:

 

"Yaradıcılıqda heç bir yenilik olmadı. Nə film oldu, nə başqa işlər. Elə ilboyu oturduq evdə. Buna da şükür”.

 

Aktyor bayramı qeyd etməyəcəyini deyib:

 

"Nə bayram, o qədər şəhidlərimiz var”.






Starxeber Bizi instagramda izləyin