Müğənni Nura Suri yeni mahnısını təqdim edib.
operativ24.az-ın məlumatına görə, sənətçi "Dönmə" adlı mahnı səsləndirib. Bəstənin musiqisi Yaşar Baxışa, sözləri Yusif Ağayevə məxsusur.
"Mahnını daha öncə Ella adlı ifaçı oxuyub. "Dönmə"ni çox bəyəndim. Zəng etdim müəlliflərdən icazə aldım və oxudum" deyə, Nura söyləyib.