22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Siyasət 27.12.2020 193

Həyatda ən qorxulu insan nə istədiyini bilməyən insandır. Eynən ermənilər kimi. Bu ermənilər gündə bir havaya oynayırlar. Gah “dənizdən-dənizə böyük Ermənistan dövləti” yaratmaq eşqinə düşdülər, gah özlərini dünyanın “ağ adamı” elan etdilər, gah qışqırdılar ki, “Xristianlığı islamafobiyadan xilas edəcəyik”, gah dedilər ki, “Türklər 1,5 milyon ermənini haqsız yerə qılıncdan keçiriblər”, gah da dedilər ki, “Ruslar böyük qardaşımız, fransızlar da böyük bacımızdır”…


Niyə dedilər, nə üçün dedilər, hələ də kəsdirə bilmirəm?!. Çünki “vuran oğul dədəsinə gənəşmir, vurur”. Bu ermənilər də elə hey danışırlar. Ortada bir şey yoxdur. Böyük Ermənistan qurmaq istədilər, amma bappalaca Ermənistanı pis günə qoydular. Özlərinə “ağ adam” dedilər, ancaq qaraçılıqdan o yana keçə bilmədilər. Rusa böyük qardaş, fransızlara böyük bacı dedilər, ancaq sonra da qayıtdılar ki, böyük qardaşımız oğraş, böyük bacımız fahişə çıxdı. İndi də təzə-təzə ideyalar icad edirlər. Məsələn, bir dəstə erməni deyir ki, təcili parlament seçkilərinə gedilməlidir. Bir qismi də deyir ki, seçkilərə tez getmək olmaz, yoxsa Paşinyan yenə qalib gələr. Bir dəstə deyir ki, nicatımız Azərbaycanla dosluğumuzdadır. Bir dəstə deyir ki, ay aman Türkiyə Azərbaycanla birləşib bizim axırımıza çıxacaq. Dünən də “Alyans” partiyasının başqanı deyir ki, Rusiya ilə ittifaq dövləti quraq. Bax, bu “uje” məni coşdurdu. Ay tünbətünün oğlu, ittifaq dövləti nə deməkdir? Axı, belə hüquqi anlayış, dövlət quruluşu yoxdur. Bu təklif bir qədər SSRİ formatıdır. O formatda isə adı müttəfiq respublikalar idi. Mahiyyətcə rus imperiyasının əcaib forması idi. Nə milli pulun var idi, nə xarici siyasətin, nə də ki müstəqil dövlət büdcən. Hər şeyi Moskva həll edirdi. Müttəfiq respublikalara qalırdı bir dənə bayraq, bir də himn.


Bəs elə idisə ay, Tiqran Urixanyan, 30 ildir xalqınızı niyə qırğına verirdiniz? Elə oturmuşdunuz də rusun qucağında. Yoxsa indi ağıllanmısınız?  Əslində mən Tiqranın dediyini çox gözəl başa düşürəm. Bu gədə dolayısı ilə deyir ki, hayklar, bizdən dövlət quran, dövlət idarə eliyən olmaz. Ermənilərin dövlətçilik ənənəsi, dövlətçilik təcrübəsi olmayıb. Gəlin yenidən rusun isti qucağına qayıdaq.


Əslində, Ermənistan son 30 ildə sözdə müstəqil olub. Fakt odur ki, hazırda Ermənistan Rusiyanın bir əyaləti statusunu daşıyır. Belə ki, bu ölkədəki bütün enerji daşıyıcıları və kommunikasiya qurumları Rusiyanın nəzarətindədir. İqtisadiyyatda ayaq üstə duran bir-iki müəssisə varsa, onlar da bu və digər şəkildə Rusiya şirkətlərindən asılıdırlar. Ermənistan həyatı əhəmiyyətli yanacaqları – təbii qaz və avtomobil benzinini Rusiyadan idxal edir. 2018-ci ildə Rusiyadan 1,2 milyard, 2019-cu ildə isə 1 milyard ABŞ dollar həcmində pul köçürməsi həyata keçirilib. Bu Rusiyada yaşayıb, işləyən ermənilərin evlərinə göndərdiyi vəsaitdir. Bu vəsaitsə Ermənistan dövlət büdcəsinin 3/1-i qədərdir. Bu ilin avqust ayına olan hesabata görə, Ermənistanın dövlət büdcəsi 3,5 milyard, ümumi dövlət borcu isə 7,8 milyard dollardır. Ölkənin ümumdaxili məhsulun həcmi isə vur-tut 13,4 milyard dollardır. Bu isə onu göstərir ki, Ermənistanda dövlət borcları ÜDM-in 70 faizi civarındadır. Deməli, ölkə iqtisadi fəlakətlə üz-üzədir.


Nəzər alsaq ki, 44 günlük müharibə Ermənistana 4 milyard dollara başa gəldi, onda ermənilərin vəziyyətini ağlamağa 7-8 nəfər yekətuman erməni arvadı lazımdır. Ona görə də Tiqran Urixanyanı qınamıram. Ermənistanı bu vəziyyətdən çıxarsa, “böyük qardaş” çıxaracaq. Təsadüfi deyil ki, keçən ay Rusiya prezidenti Vladimir Putin Ermənistanda regionların inkişafına dair proqram hazırlanması barədə sərəncam imzaladı.


Sərəncama əsasən, təkcə proqramın layihələndirilməsinə 3 milyon dollardan artıq vəsait ayrıldı. Göründüyü kimi, artıq de-fakto Rusiyanın bir əyaləti olan Ermənistan de-yure bunu istəyir. Hələ Qarabağ ermənilərini demirəm. Bu zavallılar gecə-gündüz ruslara yalvarırlar ki, bizi Rusiya vətəndaşlığına qəbul edin. Əslində bu, onların Azərbaycandan qaçmaq yox, Ermənistan siyasi dairələrindən və millətçilərdən qurtulmaq cəhdidir. Ona görə də Tiqran Urixanyanın təklifi başadüşüləndir. Əslinə baxsan, bu, indiki zamanda Ermənistanın düşdüyü iqtisadi-siyasi və hərbi böhran şəraitində səslənən ən ağlabatan təklifdir. Əks təqdirdə bu gedişlə düşdüyü dərin bataqlıqdan Ermənistanı bir azdan heç Rusiya da xilas edə bilməyəcək. Ona görə də cavan olsa da, Tiqran Urixanyan reallıqdan çıxış edir.


Ən xırda təşəbbüsə qarşı çıxan erməni millətçiləri də Tiqranın bu bəyanatı qarşısında səssiz qaldılar. Susmaqsa, razılıq əlamətidir. Yəni artıq prosesə başlamaq olar.


Surxay Atakişiyev,

KONKRET.az






Starxeber Bizi instagramda izləyin