2020-ci ildə yayılan virus həyatımızda son pandemiya olmayacaq, bu səbəbdən dünya ölkələri səhiyyə sistemlərini gücləndirməli və yeni fövqəladə vəziyyətlərə hazır olmalıdır.

Operativ24.Az   TASS-a istinadla xəbər verir ki, bu sözləri Cenevrədə Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar videomüraciətində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib:

"İnanmaq çətindir ki, bir il əvvəl COVID-19 barədə məlumatsız idik. Son 12 ay ərzində dünyamız alt-üst oldu. Koronavirusun fəsadları öz hüdudlarından kənara çıxdı, cəmiyyətlər və iqtisadiyyatların gələcək inkişafına təsir göstərdi"

Baş verənlərdən dərs çıxarmaq lazım olduğunu söyləyən ÜST-ün Baş direktoru, investisiyaları fövqəladə halların qarşısının alınmasına və ilkin səhiyyə xidmətinin inkişafına yönəldilməli olduğunu söyləyib.

// Publika.az


Showxeber Bizi instagramda izləyin



Hadisə 27.12.2020 293
Bütün Xəbərlər