İdman
27.12.2020
169
Azərbaycan idmançısı Rüstəm Orucov (73 kq) dünyanın ən güclü cüdoçuları arasında reytinqə görə üçüncü yerdə qərarlaşıb.
Operativ24.Az azertac-a istinadən xəbər verir ki, bu il Macarıstanda “Böyük dəbilqə” turnirində qızıl, Almaniyadakı analoji yarışda və Praqada Avropa çempionatında bürünc medal qazanmaqla xalların sayını 6575-ə qaldıran R.Orucov bu nəticə ilə öz çəki dərəcəsində birinci pillədədir.
Qazanılan xal sayına görə lider Nikoloz Şerazadishvilidir (İspaniya, 8111 xal). İkinci yeri isə Matias Kasse (Belçika, 6684 xal) tutub.