22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 4.06.2019 189

Bakı şəhər Baş Polis İdarəsi xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntüləri araşdırıb.

operativ24.az Unikal.org  istinadən xəbər  verir  ki, Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb:

"1935-ci il təvəllüdlü (hadisə zamanı 83 yaşı olub), Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi "VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib.

Hadisə nəticəsində məktəblilərdən biri "sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində müvafiq təhqiqat-istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.

Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə şikayət və tələblərinin olmadığını bildiriblər.

Qanunvericiliyə uyğun olaraq, toplanmış materiallar üzrə başlanmış cinayət işinə xitam verilib".






Starxeber Bizi instagramda izləyin