22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Kriminal 25.12.2020 625

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ələ keçirilib.

DİN-dən Operativ24.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə vətəndaş Pərvin Vəliyeva saxlanılıb. 

Onun üzərinə və evinə baxış zamanı ümumilikdə 4 kiloqram 709 qram  heroin, 3 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. 
 Araşdırma zamanı müəyyən edilib ki, Pərvin Vəliyeva narkotik vasitələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə edib. 

Daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Tərlan İsrafilov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı ümumilikdə 100 qrama yaxın heroin, 120 qram marixuana, 73 qram metamfetamin, 3 ədəd elektron tərəzi və bir ədəd tapança aşkar edilərək götürülüb. 
Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Cəmil Əhmədov saxlanılıb. Ondan 1 kiloqram 150 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələri Cəmil Əhmədova həmyerlisi Cəlal Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib.

Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş şəxslər Məhəmməd Həbibov və Aynur Yaqubova saxlanılıblar. Məhəmməd Həbibovdan 1 kiloqram 144 qram heroin, 175 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Aynur Yaqubovadan isə 130 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Sonuncu silsilə əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. 

Faktlarla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də  əməliyyat-axtarış tədbirləri davam etdirilir.






Starxeber Bizi instagramda izləyin