17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 23.12.2020 224

Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozan 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın ad günündə Əməkdar artist Mətanət İsgəndərlinin də iştirak etdiyi barədə məlumat vermişdik.

Əməkdar artistin bu addımı isə birmənalı qarşılanmayıb.

OPERATIV24.AZ bildirir ki, məsələyə biganə qalmayan müğənni Əli Mirəliyev baş verənlərlə bağlı sfera.az-adanışıb:

"Özünə hörmət edən müğənni bu addımı atmazdı. Mən şəxsən indiki məqamda müğənnilərin efirə çıxıb, oxumağını da düzgün hesab eləmirəm. Hələ bizim şəhidlərimizin 40-ı çıxmayıb, onların qanı qurumayıb. Ayıb deyil, utanmırsınız? Özünüzü kimə göstərirsiniz?"

Sənətçi söhbət əsnasında hazırda ciddi təcrid şəraitində yaşadığını deyib:

"Biz də insanıq da, bu xəstəlik kütləvi şəkildə varsa, demək mənə də keçə bilər. Xəstəlik axtarmıyacaq ki, bu Əlidir, Mətanətdir, ona olmaz. Bax, mən özüm ailəmin yanından ayrılıb, gəlmişəm Mərdəkana, tək yaşayıram. Toyuqlarımla, göyərçinimlə başımı qatıram. Heç yerə çıxmıram. Guya mən efirə çıxa bilmərəm? Hazırda ARB telekanalında yeni veriliş məni gözləyir. Özü də Əməkdar artist Tünzalə Əliyeva ilə birlikdə aparacağıq. Amma hələ gözləyirik ki, vəziyyət biraz sabitləşsin".

Xatırladaq ki, ötən gün təhsil naziri Emin Əmrullayev məktəb direktoruna şiddətli töhmət verib. Daxili İşlər Nazirliyində Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.






Starxeber Bizi instagramda izləyin