22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial / Mədəniyyət 23.12.2020 289


Mədəniyyət Nazirliyi “Yurda Qayıdış: Qarabağ adətləri - ənənələri” layihəsi ilə bağlı müraciət edir



Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. Bütün bunlar bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağın mədəniyyət xəzinəsində bu elin insanlarının çoxəsrlik adət-ənənələri mühüm yer tutur.
Mədəniyyət Nazirliyi Azərbaycanın Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad edilən Qarabağımızın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə“Yurda qayıdış: Qarabağın adət-ənənələri” layihəsinə start verir.
Layihədə iştirak etmək istəyən Qarabağ elinin insanları bölgənin milli köklərə söykənən rəngarəng həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarımızda mövcud olmuş adət-ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və video materiallar) aşağıdakı e-mail ünvanlarına (“mövzu” hissəsində layihənin adını qeyd etməklə) və ya nazirliyin rəsmi sosial media hesablarına təqdim edə bilərlər:
info@creative.az
pressmedeniyyet@gmail.com
Operativ24.az 






Starxeber Bizi instagramda izləyin