22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Maqazin 23.12.2020 121

“Adi bir adam öləndə o qədər adam yığılır. Bu boyda böyük sənətkarın dəfnində biri gəlib iştirak etmədi. Siz ölməyəcəksiniz, siz də öləcəksiniz də. Jurnalistlər, media işçiləri, TV işçiləri niyə gəlib işıqlandırmırsınız? Adi bir adam ölüb? Bu boyda Türk dünyasının sevimli sənətkarı Sabir Əliyev ölüb. Hər kəsin sevdiyi bir sənətkar. Niyə yoxsunuz? Nədən qorxursunuz? Kim nə edəcək sizə? SMS icazə var da. Gəlin, yaxın qohum, dost-tanış...”

Ötən gün bu sözləri aşıq Namiq Fərhadoğlu Xalq artisti Sabir Əliyevin dəfn mərasimində iştirak edərkən deyib. Jurnalitslərə, insanlara qarşı aqressiv münasibət sərgiləyən aşığa qısa bir xatırlatma etməzdən öncə demək istəyirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən açıq havada maska taxılmalıdır. Biz, jurnalistlərə ünvanladığınız suala cavab verməzdən əvvəl özümə borc bildim ki, sizin özünüzə sualla müraciət edim, niyə açıq havada maskanız çənənizdədir? Dəfələrlə rəsmi nümayəndələr çıxışlarında qeyd ediblər ki, maska çənə üçün deyil, ağız-burun üçündür.

Müraciətinizin əvvəlində deyirsiniz ki, adi bir adam öləndə o qədər adam yığılır. İnsanları nəyin əsasında bölürsünüz, açığı anlamadım. Ölüm haqqdır, hər kəsin bacasından çıxacaq. Amma adi, qeyri-adi insan kateqoriyalarına bölməklə siz nə demək istəyirsiniz? Şəxsən mənim fikrimcə, ölüm elə bir şeydir ki, orada hər kəs bərabərləşir. Niyə siz insanları məhz bu yöndə qeyri-adi, adi olmaqla iki yerə böldünüz? Etməyin, eləməyin! Yanlış yoldasınız!
İndi keçid alım sizin sualınızın cavabına: “Namiq Fərhadoğlu, səhv etmirəmsə, üç həftə bundan öncə 18-ci Polis Bölməsinin rəisini ittiham edirdiniz ki, guya sizinlə qanunsuz davranıb. Nəsə, məsələni mən bilmirəm, kim kimə qarşı qanunsuz davranıb. Bir şeyi bilirəm ki, mənim polisim mənim müdafiə sığınacağımdır və insan haqqlarının qorunması üçün də hər zaman əlindən gələni əsirgəməyib. Hazırda etdiyiniz çağırışlar qanunların, qərarların pozulması üçün zəmin rolunu oynayır. Burada bir mötərizə açıb “zəmin” sözünün mənasını da anladım, yəni əsas yaradır. Siz ki, aşıqlıqdan dolayısı ilə həm də TV aparıcısısınız, Operativ Qərargahın verdiyi bütün qərarlardan xəbərdarsınız. Ölkə ərazisində sərt karantin qaydalarının hökm sürdüyü bir dövrdə insanlara belə səslənməyə nə ehtiyac var?! Zənnimcə, yersizdir, lüzumsuzdur!
Fikirlərimə yekun vurub qısacası sizin özünüzə səslənirəm, açıq havada maska taxın, Dövlətin qanunlarına əməl edin!”

Namiq Fərhadoğlunun sözügedən videomüraciətini təqdim edirik:

Rövşən Tahir

/Adalet.Az






Starxeber Bizi instagramda izləyin