22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 22.12.2020 225

[spoiler][/spoiler]Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)   Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb


Dekabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin  rəhbəri xanım Arian Baueri ilə görüşüb.


Dövlət Komitəsinin sədri qonaqlara Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün aparılan əks-həmlə əməliyyatı haqqında məlumat verib. Bildirib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Münaqişənin dayandırılması azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır. Hazırda ölkə prezidentinin sərəncamlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsi, yolların, kommunikasiya və kommunal xidmətlərin qurulması ilə əlaqədar işlər aparılır, daha sonra məcburi köçkünlərin öz torpaqlarına qaytarılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. 

Münaqişənin ilk illərində olduğu kimi, indi də məcburi köçkünlərin qayıdışı ilə əlaqədar keçirilən layihələrdə beynəlxalq təşkilatların, eləcə də BQXK-nın iştirakına ehtiyac vardır. Buna görə də əməkdaşlığı davam etdirmək, məcburi köçkünlərə psixoloji, mənəvi dəstək vermək üçün birgə fəaliyyət göstərmək vacibdir. 

BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dünyada koronavirus pandemiyası ilə əlaqədar  iqtisadi böhranın davam etdiyi dövrdə belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.

Söhbət zamanı BQXK-nın ölkəmizdə həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, 2019-cu ildə Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ildə  Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım üzrə lazımi avadanlıq və materiallarla təmin edilmiş təlimlər keçirilib.  Təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər. 

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri təşkilatın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirib, işə yeni əməkdaşlar cəlb edilib.   

Görüşdə Dövlət Komitəsi ilə BQXK arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin