Bu yaxınlarda konsert verən xalq artisti Aygün Kazımova yenidən sevənlərinin qarşısına çıxacaq.
operativ24.az-ın məlumatına görə,sənətçi iyunun 14-də bir daha konsert proqramı ilə çıxış edəcək.
Konsert "Megafun" əyləncə mərkəzində baş tutacaq. Belə ki, buna səbəb sözügedən əyləncə mərkəzində "həyəcan mövsümü" uduşlu lotoreyanın keçirilməsidir. Gecədə müğənni bir-birindən gözəl ifalarını səsləndirəcək.
Proqram 18:00-da başlayacaq.
Konsertə giriş pulsuzdur.