17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 21.12.2020 605

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur. Ən önəmlisi isə sağalanların sayı yoluxanlardan iki dəfə çox olub. Belə ki, dekabrın 20-də 2 961 nəfər koronavirusa yoluxub, 4 317-ü nəfər isə sağalaraq evə buraxılıb. 35 nəfər də "COVID-19″dan vəfat edib. Bu azalma dinamikası davam edərsə, növbəti həftələrdədə "sms iczə” sistemi ləğv edilə bilərmi?

Operativ24.Az xəbər verir ki, bununla bağlı  danışan Ceyhun Məmmədov bildirib ki, bir neçə gündür ki, Azərbaycanda gündəlik yoluxanların və ölənlərin sayında azalmalar var:

"Sərt karantin rejimi bu azalmalarda xüsusi rol oynadı. Amma növbəti günlərdə yoluxma dinamikası necə olacağı ilə bağlı konkret bir fikir səsləndirmək çətindir. Ümumiyyətlə bu məsələ bir-biri ilə bağlıdır. Yəni qonşu və digər ölkələrdə biz bu sərt karantin rejiminin tətbiqini görürük. Bu ümumi bir tendensiyadır.

Əgər gündəlik yoluxanların sayında ciddi azalma olarsa, sərt karantin rejiminin yumşaldılması və "sms icazə” sisteminin ləğv edilməsi məsələsinə baxıla bilər. Amma ümumi vəziyyətə baxdığmızda pandemiya bir müddət davam edəcək. Gündəlik yoluxanların sayında azalma dinamikası davam edərsə, tətbiq edilən məhdudiyyətlərin aradan götürülməsi müzakirə oluna bilər. Bu məsələdə hər bir vətəndaşın üzərində ciddi məsuliyyət düşür.

Hamı çalışmalıdır ki, qoyulan qaydalara əməl edərək özünü, yaxınlarını və ətrafdakı insanları qorusun. Bu elə bir bəladır ki, yoluxdurma yolu ilə bu xəstəlik daha da yayılır. Ona görə də konkret fikir söyləmək çətindir. Ümid edək ki, gündəlik yoluxanların sayında bu azalma dinamikası davam edəcək”.
(sonxeber.az)






Starxeber Bizi instagramda izləyin