10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 19.12.2020 136

İkinci Qarabağ savaşında döyüşçülərimizlə yanaşı həkimlərimiz də tarix yazıb.

Operativ24.Az  Trend-ə istinadən xəbər verir ki, onlardan biri də döyüş meydanında yaralı əsgəri xilas edərkən şəhid olan hərbi feldşer Kənan Səlimzadədir. 

Kənan 25 noyabr 1997-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. O, orta məktəbi qurtardıqdan sonra Tibb Texnikumunu bitirib. Müxtəlif döyüş bölgələrində hərbi feldşer kimi fəaliyyət göstərib.

Şəhidimizin atası oğlunun vətənpərvər biri olduğunu bildirib:

"İkinci Qarabağ müharibəsi başlayanda Kənan da döyüş bölgəsinə cəlb olundu. Neçə-neçə yaralı əsgərimizi xilas etdi. Oktyabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndində döyüş zamanı yaralı əsgəri xilas edərkən düşmənin snayper gülləsinə tuş gəldi. Oğlum nişanlı idi, toyu olacaqdı. Nə qədər arzularımız yarımçıq qaldı".



Kənan haqqında qazimiz, baş leytenant Pərvin Abdullayev də öz xatirələrini bölüşüb:

"Döyüş vaxtı hamımızı sarsıdan Kənanı çox tez itirməyimiz oldu. Bu, döyüşdə bizim üçün ən acı səhnə idi. Güllə Kənanın gözündən dəymişdi. Dünyasını dəyişərkən o biri gözü açıq qaldı. Biz onu qapaya bilmədik. O bu həyatdan nakam getdi. Arzuları, istəkləri yarımçıq qaldı. Mən arzuları ürəyində qalan, Kənanla fəxr edən valideynlərinə səbr arzulayıram".

Qeyd edək ki, Kənan Səlimzadə İsmayıllı rayonunun Qubaxəlilli kəndində dəfn olunub.






Starxeber Bizi instagramda izləyin