22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 19.12.2020 135

44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən bir də Azər Yusiflidir.

Operativ24.Az  xəbər verir ki, "Xəzər xəbər" Ağstafanın Böyük Kəsik kəndindən olan şəhid baş gizir Azər Yusifli ilə bağlı süjet hazırlayıb.

Bildirilib ki, Azər təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini məhv edib və 4 zirehli texnikasını sıradan çıxarıb. Zəngilan uğrunda gedən döyüşlərdə şücaət göstərib, 24 kəndə, Xudafərin və Zəngilana bayrağımızın sancılmasında iştirak edib, bir neçə yerdə isə özü dalğalandırıb.

Birinci Qarabağ savaşında ermənilərin mülki əhalimizə qarşı törətdiyi vəhşiliklər, Xocalı soyqırımı Azərdə düşmənə qarşı dərin nifrət yaradıb. O, Vətən müharibəsində saysız şücaətlər göstərib. Füzulidən-Zəngilanadək döyüş yolu keçib və yaralansa da, döyüş meydanından çıxmayıb.

Azər doğulub boya-başa çatdığı kənddə 12 il sevdiyi qızla nişanlı olub. Yeni ev tikərək ailə həyatı qurmaq niyyətində idi. Lakin bütün buları şəhidliyə dəyişir. O. şəhidlik zirvəsinə ucalacağını elə bil əvvəlcədən hiss edib və bir neçə nəfərdən halallıq istəyib. Halallıq üçün zəng etdiyi şəxslərdən biri də uşaqlıq dostu olub.

Dostu bildirib ki, Azərin sonuncu sözləri "mən şəhid olmayınca, ora qayıda bilməyəcəyəm" - olub.
Azər Yusifli Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.






Starxeber Bizi instagramda izləyin