22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Siyasət / Mədəniyyət 17.12.2020 800

“Şirməmməd Hüseynov milli yaddaşımızın daşıyıcısı idi” – deputat Vüqar İsgəndərov


Bu gün Azərbaycan mətbuat tarixinin görkəmli nümayəndəsi, publisist, 1924-cü ildə Şəkidə anadan olan Şirməmməd Hüseynovun doğum günüdür. Azərbaycanın milli mətbuatını onsuz təsəvvür etmək qeyri-mümkündür. Onun mətbuat tariximizdə qoyduğu silinməz iz neçə neçə gənc jurnalisti, mətbuat nümayəndələrini daim öz arxasıyca aparacaq. Şirməmməd Hüseynovun tarixi araşdırmaları, elmi əsərləri, hər zaman öyrəniləcək və tədqiq olunacaq. Görkəmli alim Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltməklə Həsən bəy Zərdabidən sonra bu sahəyə yenidən can verib. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Əlbəttə onun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilib.
1948 –ci ildə "Nizami təqaüdü", 1966 — 1972-ci illərdə "Qızıl qələm" mükafatı, 1988-ci ildə "Əməkdar jurnalist" fəxri adı, 1991-ci ildə Zərdabi adına mükafat, 1992-ci ildə Y.Məmmədəliyev adına mükafat, 1998-ci ildə M.Ə.Rəsulzadə adına mükafatlarına layiq görülmüşdür. 2014-cü ildə isə cənab Prezident İlham Əliyevin sərəncamına əsasən "Şərəf" ordeni ilə təltif olunmuşdur.
800-dən çox elmi-publisistik məqalə, 15-dən artıq kitab və monoqrafiya müəllifi olan görkəmli professor Mirzə Fətəli Axundzadədən başlamış Məmməd Əmin Rəsulzadəyə qədər gedən bir yolun ən gizli publisist anlarını qələmində yenidən dirçəltmişdir. Xüsusən Cümhuriyyət dövrünü yüksək səviyyədə araşdıran Şirməmməd Hüseynov çox orijinal məlumatlar verməklə həmin tarixin mükəmməl bir formada öyrənilməsinə təkan vermişdir.

Şirməmməd müəllim milli yaddaşımızın daşıyıcısı idi, əsərləri Azərbaycanın dünəni və bu günü arasında mənəvi körpü rolu oynayırdı. Onun Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri olub. Müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Bu nəşrlərin hər biri istər alimlər, istər tələbələr, istərsə də oxucular üçün zəngin xəzinədir.
Bakı Dövlət Universitetində 60 illik elmi fəaliyyəti olan bu görkəmli şəxsiyyəti yetirmələri daim müəlimlərin müəllimi kimi xarakterizə edirdi. Onun əzmkarlığı hər bir vətəndaşa nümunə olmalıdır. Fitri istedada sahib olan Şirməmməd Hüseynov ömrünün son anına qədər elmi fəaliyyətlə məşğul olmuş və ömrünü elmə fəda edən bir fədai obrazı [spoiler][/spoiler]yaratmışdır.
Əlbəttə, biz də belə elm fədailərini, ictimai xadimlərin xatirələrini daim yaşatmalı və onlarla fəxr etməliyik. Ona görə də yaxşı olardı ki, yaxın vaxtlarda Milli mətbuatımızın banisi Həsən bəy Zərdabidən sonra bu sahədə onun ən layiqlı davamçısı Şirməmməd Hüseynovun Şəkidə ev muzeyi yaradılsın. Onun anım günü olan 24 iyun 2021-ci il tarixinə qədər bu istiqamətdə müəyyən addımlar atılsın və bu ilki anım gününü məhz həmin evdə keçirək. Onu öz doğulduğu evdə yad edək.
Doğum günün mübarək, ustad!

Musavat.com

Vüqar İsgəndərov,
Millət Vəkili 






Starxeber Bizi instagramda izləyin