22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 16.12.2020 110

21-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə” Qış yarmarkası təşkil olunacaq. Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq.
Kənd Təsərrüfatı Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkanın təşkili zamanı koronavirus pandemiyasına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulan karantin rejimi tələblərinə tam əməl olunacaq. Belə ki, yarmarkanın baş tutduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçiriləcək, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, yarmarka ərazisində dezinfeksiya edici məhsullar yerləşdiriləcək, fermerlər zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.

Xatırladaq ki, "Kənddən Şəhərə” Qış yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir əlavə xərc sərf etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. Yarmarkada məhsulların qiyməti digər topdan və pərakəndə satış məntəqələrindəki ilə müqayisədə xeyli münasib olacaq.

Qeyd edək ki, Nərimanov rayonunda təşkil olunacaq (Gənclik metro stansiyasının yanı) yarmarka ərazisində ATT və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb. "Kənddən Şəhərə” Qış yarmarkasının baş tutacağı digər iki ünvan isə aşağıdakılardır:

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A






Starxeber Bizi instagramda izləyin