10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 15.12.2020 130


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru “Görüş mədəniyyəti: pandemiya dövründə dini etika” mövzusunda XVI Beynəlxalq Müsəlman Forumunda iştirak edib. 

Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi, Beynəlxalq Müsəlman Forumunun Katibliyi və Rusiya Müftilər Şurasının birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq konfrans onlayn formada keçirilib.

Forum Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Rusiya Müftilər Şurasının sədri, müfti Şeyx Ravil Qaynutdinin müraciəti ilə başlayıb. Ravil Qaynutdin pandemiya dövründə insanların, dövlətlərin ayrı-ayrılıqda qarşılaşdıqları problemlər, o cümlədən sivilizasiyalararası toqquşmalardan bəhs edib. Daha sonra Dağlıq Qarabağ məsələsinə toxunaraq, minlərlə insanın öldüyünü, 70-dən artıq dini abidəyə zərər toxunduğunu vurğulayıb. Müfti müharibənin vurduğu zərərlərin sağalmaz olduğunu, bundan insanların daim əziyyət çəkdiklərini nəzərə çatdıraraq,  forum çərçivəsində söz, vicdan azadlığı, insanların hisslərinə hörmət, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik kimi mühüm mövzulara yer ayrılmasını xüsusi qeyd edib. 

Tədbirdə Misirin Baş müftisi Şövqi Əllam, Türkiyə Dəyanət İşləri Başqanının köməkçisi Səlim Arqun, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmanxon Alimov, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin (IRCICA) Baş direktoru Halit Eren, Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, müfti Maksatbek Toktomuşev və dünyanın müxtəlif ölkələrini təmsil edən alimlər çıxış ediblər. 

Beynəlxalq Forumda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Mədəniyyətlərarası dialoq zorakılıq və ekstremizmə qarşı” mövzusunda çıxış edib. Aİİ rəhbəri qloballaşan dövrdə mədəniyyətlərarası dialoqa ehtiyac olduğunu, zorakı ekstremizmin qarşısının alınmasında bu amilin böyük önəm daşıdığını diqqətə çatdırıb. 

Forum dünyanın müxtəlif universitetlər və təşkilatlarından olan alimlərin çıxışları ilə davam edib. Bağlanış nitqi ilə Beynəlxalq Müsəlman Forumunun Katibi, Moskva İslam İnstitutunun rektoru Demir  Muxetdinov çıxış edərək, iştirakçılara öz təşəkkürünü bildirib. 

Qeyd edək ki, Forum böyük İslam filosofu Əbu-Nəsr əl-Farabinin 1150 illiyinə təsadüf edib. 


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin