22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 15.12.2020 157

 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) və Türkiyənin Sakarya Universiteti arasında onlayn rejimdə görüş keçirilib.
Görüş “Rəqəmsal idarəetmə - Azərbaycan təcrübəsi” mövzusunda təşkil olunub.
Tədbirdə EHİM-in əməkdaşları Cəmşid Naxçıvanski və Əzizə Vidadi tərəfindən həyata keçirilən təqdimatda Universitetin tələbələrinə “ASAN xidmət” modeli, Azərbaycanda‭‭ ‬elektron‭ ‭hökumətin inkişafı mərhələləri, elektron hökumət quruculuğu barədə məlumat verilib. Həmçinin bu istiqamətdə EHİM-in rolu, vətəndaşlara təqdim‭ ‬edilən elektron xidmətlər, rəqəmsal həllər, e-hökumət tətbiqlərindən söz açılıb.
Görüşdə elektron xidmətlər sahəsində mövcud beynəlxalq təcrübələr, trendlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların müxtəlif sualları cavablandırılıb. ‬‬‬‬‬‬
Təqdimat “Türksat”ın Elektron Hökumət və İnformasiya Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi arasında qurulan əməkdaşlıq çərçivəsində baş tutub. Elektron Hökumət və İnformasiya Cəmiyyəti Sakarya Universitetində təşkil olunan "Elektron Hökumət və Rəqəmsal Transformasiya Kursu"nun tədrisi üzrə mütəmadi olaraq yerli və beynəlxalq tərəfdaşlarının ən yaxşı təcrübələrini və mühazirələrini təqdim edir. Azərbaycanı təmsil edən nümayəndə heyətinin təqdimatı da xüsusi dəvət əsasında "Yaxşı ölkə nümunələri" mövzusu ətrafında təşkil olunub.

Operativ24.az






Starxeber Bizi instagramda izləyin