17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 14.12.2020 84

"Heç kəsə sirr deyil ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycanda xalq ordu və dövlət birliyi olduğu üçün rus əsgərinin bölgəyə gəlməsinə skeptik yanaşan kəsimlər, eləcə də, çoxsaylı sualları və narazılığı olanlar belə məsələyə sükutla yanaşaraq Rusiya sülhməramlılarının fəliyyətini öz öhdəliklərinə uyğun quracaqlarına inandılar”.

Operativ24.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisinin deputarı Bəhruz Məhərrəmov deyib.

O rus sülhməramlıarının son günlər hər gün bir xəritə ortaya çıxarmasına sərt reaksiya verib: 

"Rusiya sülhməramlıların 10 noyabr razılaşması ilə müəyyən olunmuş səlahiyyət hüdudlarını aşaraq Azərbaycan üçün kağız parçasından fərqli məna kəsb etməyən xəritələr dövriyyəyə buraxması artıq özbaşınalıqdır, Azərbaycanda Rusiya sülhməramlılarına həqiqətən sülh naminə fəaliyyət göstərdiklərinə olan etimadı sual altına alır.  

Rusiya Sülhməramlılarının bölgədə fəaliyyət istiqaməti beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Bu səlahiyyətləri aşaraq suveren bir dövlətin ərazisini əhatələyən xəritənin cızması yolverilməzidir, Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. 

Deputat deyib ki, Azərbaycan hər zaman Rusiyaya qarşı xoş münasibətdə olub: 

"Azərbaycan həmişə Rusiya ilə mehriban qonşuluq və yaxın dostluq siyasətini dəstəkləyib, bundan sonra da bu münasibətlərin qorunmasında maraqlıdır. Lakin, Şimal qonşumuz da bir şeyi aydın bilməlidir ki, yeni güc mərkəzi olan Azərbaycanı artıq kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq etmək kimi primitiv üsullarla nəyəsə məcbur etmək olmaz. 

Biz göy-göyərti satıb ordu qurmamışıq, Azərbaycan dünyanın aparıcı iqtisadi oyunçularındandır, heç kimdən tam mənada asılılığı olmayan neft qaz ixracatçısı, habelə müdafiə sənayesi, habelə kosmik sənaye ölkəsidir. 

Bu mənada, əksinə, Rusiyaya bölgədə sülhməramlı missiyaya sahib olmaq kimi bir şans verməklə Azərbaycan dostluq və mehriban qonşuluq niyyəti göstərərək Rusiyanın özünə beynəlxlaq imicini yüksəltmək şansı vermişdir. 

Habelə, Rusiya tərəfi unutmamalıdır ki, Azərbaycan ciddi daxili birliyə malik, yeni nəsil müharibədə tək ermənistana yox eyni zamanda bölgədə onun havadarlarına qalib gəlmiş bir dövlətdir. Azərbaycan Rusiyanın Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları təkrarlaya biləcəyi dövlət deyil. 

Bizə hansısa separatçı qurum və silahlı quldur dəstələri vasitəsi ilə təzyiq göstərmək ağılsızlıqdır. Bəli, Biz Rusiyanın müharibə dövründə Prezident səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirik. 

Deputat Rusiya KİV-ləri haqda da danışıb: "Lakin, onu da açıq demək lazımdır ki, müharibə dövründə Rusiya KİV-ləri Azərbaycana qarşı informasiya müharibəsi apardı. Habelə, Rusiya Ermənistanı intensiv olaraq və əvəzsiz şəkildə silahlandırıdırdı, Azərbaycanda iri şəhərlərimizdə dinc əhali məhz Rusiyanın Ermənistana bağışladığı yeni silahlarla atəşə tutulurdu.  Nəticə nə oldu? Rusiyanın qürur mənbəyi olan və ermənilərin çox güvəndiyi S300lər cəmi 12 dəqiqə ərzində Azərbaycan pilotsuz aparatları vasitəsi ilə yerlə yeksan edildi. 

Əminəm ki, Ermənistana hədiyyə etdiyi texnikalarının qənimət  formasında və ya məhv edilmiş şəkildə Bakıdakı Zəfər Paradındakı nümayişini Rusiya tərəfi uzun müddət unutmayacaq. Bu mənada ümid edirəm ki, dost Rusiya dövləti Azərbaycanı digər dövlətlərlə qarışıq salmamalı, bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. 

Xüsusən də sülhməramlı missiyanın həyata keçirilməsində, əks halda  yalnış addımların acısını Ermənistan çəkəcək.






Starxeber Bizi instagramda izləyin