22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 14.12.2020 154

Xəbər verdiyimiz kimi bu gündən ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi qüvvəyə minir və bu yanavarın 18-nə kimi qüvvədə olacaq. Bir çoxları yanavarın 18-dən ənənəvi dərslərin də başlaması ilə bağlı iddialar səsləndirirlər. Yanvarın 18-dən sonra Azərbycanda ənənəvi dərslər bərpa oluna bilər?

"Operativ24" xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, hazırda ümumi vəziyyətin təhlili göstətir virusa yoluxanların dinamikası artan templə davam edir:

"Hər gün 4000-dən yuxarı koronavirusa yoluxanlar var. Vəziyyətdən aslı olaraq yanvarın 18-dən sonra ənənəvi qaydada dərslərin bərpa edilməsi məsələsinə baxıla bilər. Amma hazırkı vəziyyət göstərir ki, bir müddət koronavirusa yoluxanların sayı artan templə davam edəcək.

Əgər vətəndaşlarımız qaydalara əməl edərsə və gündəlik yoluxanların sayında azalma müşahidə olunarsa dərslərin ənənəvi qaydada keçirilməsi nəzərdən keçirilə bilər. Amma yaxın zamanlarda bu imkansız görünür. Ola bilsin ki, artım bir müddət davam etsin. Amma ikinci semestrdə dərslər başlayanda ənənəvi qaydada keçirilməsi nəzərdən keçirilə bilər.

Çünki yanvar və fevral ayından imtahanlar başlayacaq. Dərs adətən fevrldan başlayır. Əlbəttə, bu, virusa yoluxanların sayından və yayılma sürətindən asılı olacaq. Ümid edək ki, insanlarımız məsuliyyətli olacaq, yoluxanların sayında ciddi azalma olacaq və gənclərimiz ənənəvi qaydada dərslərini davam etdirə biləcəklər. Fevral ayından dərslər ənənəvi qaydada yenidən bərpa edilə bilər".






Starxeber Bizi instagramda izləyin