22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Maqazin 31.05.2019 1 511

Rəqqasə və aktrisa Oksana Rəsulova qısa zamanda necə arıqlamasından, ana olandan sonra həyatında baş verən dəyişikliklərdən söz açıb.

Axşam.az-ın suallarını cavablandıran Oksana bildirib ki, uzun müddətdir sağlam qidalanır:

“Süd verilən zaman düzgün qidalanmaq lazım idi. Daha sonra klinikada iynəsiz prosedurlar etdirdim. Ora bir çox insan gedir, ancaq hər kəs arıqlaya bilmir. Çünki prosedurlarla yanaşı, düzgün qidalanmaq da labüddür. Dörd gündən bir istədiyim yeməklərdən yeyirəm, qalan günlər isə sağlam qidalanıram. Bu, mənə çox xoşdur. Tort, şirniyyat və digər qidaları da yeyirəm, amma qədərində”.

Rəsulova bir müddət uzun və geniş libaslara müraciət etməsinə də aydınlıq gətirib:

“Uşaq doğulandan sonra kök idim deyə, onları ört-basdır etmək üçün geniş və uzun libaslar geyinirdim. İstəmirdim ki, daha da kök görünüm. Hazırda hamiləlikdən öncəki Oksanaya qayıtmışam. Ona görə də istədiyim kimi geyinirəm”.



Aktrisa söyləyib ki, bəzən analar görüntülərində olan dəyişikliyə görə övladlarından imtina edir:

“Hər bir ana fiziki cəhətdən dəyişə bilər, şişkinlik ola, üzü sallana, qolları, əlləri ətli qala bilər. Bir çox analar bundan depresiyaya düşür. Elələri var ki, öz görüntüsünə görə, uşaqdan imtina edib, onlara sevgi vermirlər. Övlada görə hər şey etməyə dəyər. Arıqlamasam da, heç vaxt heyfslənməzdim. On il də bu görüntüdə qalsaydım, peşman olmazdım. Məni sevən olduğum kimi qəbul etməlidir və edir”.

Oksana ana olandan həyata baxışının dəyişdiyini deyib:

“Ana olandan sonra insan dəyişir. Başqa şeyə dəyər verəndə, digərinin daha qiymətli olduğunu görürsən. Hər şeyi götür-qoy edirsən. Əvvəllər çox səbrsiz idim, əsəbiləşirdim, aqressiv yanaşırdım. Hazırda eşitmirəm, qulaq asmıram. Çünki bunlar artıq maraqlı deyil”.

“Natavan Həbibini təbrik etmişəm, inşallah, yığıncaq edər, yenə gedib, təbrik edərəm” deyə, Oksana eks-rəfiqəsindən də söz açıb.

Sənətçi yaradıcılığından da danışaraq, “Oksi media” şirkətinin yeni film istehsal etdiyini bildirib:
“Bu yay romantik melodram çəkirik. Baş rolda mən və Şəhriyar Əbilovdur. Adı isə hələki yoxdur”.

 






Starxeber Bizi instagramda izləyin