Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Operativ24.Az-ın Unikal.org-a istinadən məlumatına görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
***
11:43
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Bu haqda məlumatı Sabah.az yayıb. Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.
Operativ24.Az-ın məlumatına görə isə Cəlilabad RİH-dəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilir. Təfərrüatları yaxın zamanda təqdim etməyə çalışacağıq