17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İdman 6.12.2020 172

Azərbaycanlı sərbəst güləşçi, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Murtuzəli Müslümov (70 kiloqram) dopinq istifadəsində təqsirli bilinərək dörd il müddətinə diskvalifikasiya edilib.

Operativ24.Az Yenisabah.az-a istinadən  xəbər verir ki, 12 iyul 2019-cu ildə İstanbulda Yaşar Doğunun xatirəsinə təşkil edilən ənənəvi beynəlxalq turnir zamanı Müslümovdan götürülmüş dopinq testinin analiz nümunəsi idmançının orqanizmində Ümumdünya Antidopinq Təşkilatı (WADA) tərəfindən qadağan olunmuş anabolik steroidlər qrupuna daxil olan metabolit drostanolon və oksandrolonun olmasını təsdiq edib.
Yeri gəlmişkən, M.Müslümov sözügedən turnirin qalibi olub.

Nəticədə 27 yaşlı Müslümov 4 il müddətinə diskvalifikasiya edilib. Cəzanın başlama müddəti 12 iyul 2019 tarixi hesab edilib və 11 iyul 2023-cü ilə qədər davam edəcək.

Dünya Güləş Federasiyasının qaydalarına uyğun olaraq, 12 iyul 2019-cu ildən başlayaraq Müslümovun beynəlxalq yarışlarda nümayiş etdirdiyi bütün nəticələr ləğv ediləcək və medallar müsadirə olunacaq.






Starxeber Bizi instagramda izləyin