"Qarabağ"ın futbolçusu Mahir Emreli koronavirus aşkarlanıb.

Ağdam klubundan Operativ24.Az-a verilən məlumata görə, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.

Emreli bu səbəbdən Avropa Liqasının IV tur matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.


Showxeber Bizi instagramda izləyin



İdman 2.12.2020 58
Bütün Xəbərlər