Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat etdi
Operativ24.Az xəbər verir ki, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.
Dünən Vahid Tağıyevin ölüm xəbəri yayılmışdı. Lakin sonradan xəbər təkzib edildi.