Mərhum şahzadə Diananın heç yerdə görülməyən arxiv fotoları yayılıb.
Operativ24.Az xarici KİV-ə istinadən xəbər verir ki, şəkillər 1990-cı illərdə İtaliya sahillərindəki yaxtadan birində lentə alınıb. Görüntüdə Diana çimərlik paltarındadı.
Sözügedən fotolar İnstaqramda iş adamı Cankarlo Cametti tərəfindən paylaşılıb.
Qeyd edək ki, şahzadə 23 il əvvəl vəfat edib. Buna baxmayaraq, hələ də dünya mətbuatında ən çox müzakirə olunan və sirli insanlardan biri olaraq qalır./axsam.az