22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Dünya 27.11.2020 132

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi olaraq hər ilk keçirdiyi böyük mətbuat konfransının vaxtı məlum olub.

Operativ24.Az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putinin illik böyük mətbuat konfransı dekabrın 17-də keçiriləcək.

Noyabrın 29-dan isə jurnalistlərin akkreditasiyasına başlanılacaq.

Ölkədə koronavirusla bağlı mürəkkəb epidemioloji vəziyyətlə əlaqədar bu il mətbuat konfransı videokonfrans formatında keçiriləcək. Rusiya Prezidentinin mətbuat konfransına Novo-Oqoryovadakı iqamətgahından qatılacağı planlaşdırılır. Yerli və xarici KİV nümayəndələri isə ənənəvi olaraq Beynəlxalq Ticarət Mərkəzindəki zalda işləyəcəklər. Ötən illərdəkindən fərqli olaraq, bu il Rusiyanın regionlarını təmsil edən KİV nümayəndələrinin Moskvaya gəlməsinə ehtiyac qalmayacaq. Mətbuat konfransına qoşulmaq üçün hər bir federal dairədə xüsusi meydançalar təşkil olunacaq. Mətbuat konfransının iştirakçılarının sayı da “Rospotrebnadzor”un tövsiyəsi ilə məhdudlaşdırılıb.

Hər qəzet və onlayn mediadan bir müxbir, bir fotomüxbir, telekanallardan isə bir çəkiliş qrupuna mətbuat konfransını işıqlandırmaq icazəsi veriləcək.






Starxeber Bizi instagramda izləyin