17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 25.11.2020 123

“Təəssüf edirəm ki, bir dəfə də olsun Sumqayıt İcra Hakimiyyəti və Hacı Zeynalabdin icra nümayəndəsindən mənimlə maraqlanan olmayıb".

Operativ24.Az xəbər verir ki, bu sözləri  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsində sağ qolunu itirən qazı, Sahil Həsənov "Azad Söz"ə müsahibəsində deyib. Qazi Sumqayıt dövlət qurumlarının ona qarşı biganəliyindən gileylənib:

"Mənə ancaq millətim, Bakıdan, Sumqayıtdan, Hacı Zeynalabdin (Nasosnıy) qəsəbəsindən və hətta Heydər Əliyev fondu əməkdaşları gəliblər. Lakin Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi öz təşəkkürlərini bildirməyiblər. Mənə onların təşəkkürü lazım deyil, gəlsinlər şəhid ailələrinə baş çəksinlər, şəhidlərin müqəddəs analarının  əllərindən öpsünlər, onlara təşəkkürlərini bildirsinlər, bəs edər mənə. Bunlarda  olunmur, çox təəssüf. Belə bir hadisələrlə tez-tez rastlaşırıq, amma xalqımdan razıyam. Şəhid ailələrinə, qazilərə gəlib  baş çəkirlər, xalqımdan həttindən artıq çox razıyam və ən əsası xalq dəstəkləyir. Deyim ki, Sumqayıt İcra Başçısı gəlib baş çəkib, yalan çıxar. Hacı Zeynalabdin icra nümayəndəsi (kənd soveti) və bələdiyyəsi heç biri gəlib baş çəkmir, çox təəssüf".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən, bu parlaq qələbə münasibətilə onları şəxsən təbrik edib, onlara öz təşəkkürünü bildirib. Ancaq təəssüf ki, Hacı Zeynalabdin qəsəbəsinin icra nümayəndəsi Lalə Hacıyeva və bələdiyyə sədri Əsli Qasımova isə Sahil Həsənov kimi qaziləri diqqətdən kənarda qoyur.






Starxeber Bizi instagramda izləyin