Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcərin azad olunması ilə bağlı "Twitter" səhifəsində paylaşım edib.
Operativ24.Az bu paylaşımı təqdim edir:
"Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfər sonrası əldə edilən anlaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə girdi. Kəlbəcər 27 il sonra gerçək sahibləri ilə görüşür.
Şanlı ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".