22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 24.11.2020 122

Sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olmuş kapitan Fərid Dursunovun Qaxın Qorağan kəndindəki məzarı üzərində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin “Qalatasaray” klubuna məxsus bayrağın olması xəbəri sosial mediada sürətlə yayılıb.

Artıq bu məsələ “Qalatasaray” klubunun diqqətinə çatdırılıb. “Qalatasaray” klubu şəhidimizin məzarını ziyarət edəcək. 

Bu barədə “CBC Sport”un şərhçisi Gündüz Abbaszadə “Facebook” paylaşımında bildirib:

“Qalatasaray”ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad səs yazısı (Murad Məmmədovun bu kluba olan sevgisini bildirən səsyazısı yayılmışdı - S.M.) dinlənəcək, Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Ailəsi “Qalatasaray”ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək.

“Qalatasaray” prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm ruhları şaddır!”

Qeyd edək ki, Fərid Dursunovun atası Fazil Dursunovun azvision.az saytına verdiyi açıqlamaya görə, bayrağı məzarın üzərinə şəhidin Zaqataladan olan dostları taxıblar. Onlar Fəridin “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ımın bayrağını da asarsınız” vəsiyyətini icra ediblər.






Starxeber Bizi instagramda izləyin