Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb.
Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, son 24 saatda ağır xəstə sayı 4409 nəfər olub.
Türkiyədə indiyədək 453 535 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 511 nəfəri ölüb.