Qarabağda yerləşən Rusiya sülhməramlılarının zabiti mina partlaması nəticəsində yaralanıb.
Operativ24.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçi Bakıya çatdırılıb, həyatı üçün təhlükə yoxdur.