22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 20.11.2020 175

“Türkiyənin Qarabağa gəlməsi, Rusiya ilə birlikdə sülhü təmin etməsi region üçün çox mühüm bir haldır”.

Bu sözləri Redaktor.az-a politoloq Fikrət Sadıqov Türkiyənin Qarabağa sülhməramlı missiyası ilə gəlməsinin regiona təsiri haqqında danışarkən deyib. O, Türkiyənin gəlməsi ilə regionda bir çox müsbət tərəfə dəyişikliklərin olacağını bildirib:

“Türkiyə nüfuzlu, dünyada söz sahibi olan bir ölkədir. Əlbəttə ki, qardaş ölkənin Qarabağa gəlməsi, burada Rusiya ilə sülhə nəzarət etməsi müsbət haldır. Həmçinin, Türkiyənin Qarabağda olması ümumilikdə region üçün önəmli bir məsələdir. Bildiyimiz kimi, əvvəllər regionda təkcə Rusiyanın sözü keçirdisə, artıq Türkiyədə burada söz sahibi olacaq, regionun inkişafında müəyyən addımlar atacaq. Deyə bilərəm ki, Azərbaycanın qələbəsi və Türkiyənin Qarabağa gəlməsi ilə regionda bir çox mühüm dəyişikliklər olacaq”.

Politoloq Türkiyənin Azərbaycana dəstəyindən də danışıb:

“Türkiyə Azərbaycan üçün həm siyasi, həm də hərbi baxımdan çox önəmli bir ölkədir. Türkiyənin Azərbayacanla yaxınlığı, rəsmi Anakaranın Dağlıq Qarabağla bağlı mövqeyi Rusiyanın bu münaqişəyə açıq şəkildə müdaxilə etməsinin qarşısını aldı. Bu dəstək müharibənin bitməsinə, qalan ərazilərin sülh yolu qaytarılmasında önəmli rol oynadı. Əlbəttə, işğalda olan ərazilərin çox hissəsini Ali Baş Komandan İlham Əliyevin nəzarəti altında Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə azad edilib.  Bizim hərbi və siyasi gücümüz kifayət qədər çoxdur. Bu, heç kimə sirr deyil.

Amma müharibə vəziyyətində güclü dövlətlərin dəstəyi çox önəmlidir. Qardaş ölkə Türkiyə açıq şəkildə Azərbaycanın haqlı davasına dəstək oldu. Əlbəttə ki, bu dəstək bizim qələbə qazanmağımızda önəmli rol oynadı”.






Starxeber Bizi instagramda izləyin