"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb.
Operativ24.Az məlumat verir ki, erməni KİV-lərinin verdiyi xəbərə görə, bu barədə M.Akopyanın özü məlumat verib.
General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.