22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 19.11.2020 132

Pompeo və Makronun nə istəyindən asılı olmayaraq, Azərbaycan üçün Minsk Qrupu artıq bitib”.

Operativ24.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə söyləyib.

Onun sözlərinə görə, bu format təkcə Ermənistan və Fransaya lazımdır ki, Türkiyəni prosesdən uzaqlaşdırsın və Qarabağın onların nəzarətində olan “idarəetmə” forması yaratsınlar:

“ABŞ-a gəldikdə, Minsk Qrupunun yenidən aktiv fazaya keçməsi Vaşinqtona ona görə lazımdır ki, Rusiyanın prosesə təsir imkanlarını zəiflətsin. Məhz həmin üç həmsədr ölkə bu kimi maraqlarına görə, 30 il ərzində münaqişəni həll etmədi. Hazırda da çalışırlar ki, proses öz maraqları istiqamətinə yönəlsin. Buna görə də, yenidən bu formata qayıtmaq planından danışırlar. Hesab edirəm ki, Azərbaycan qəti şəkildə Minsk Qrupu çərçivəsinə qayıtmamalı, bundan birdəfəlik imtina etməlidir. Aşkar şəkildə işğalçının xeyrinə çalışan bu format bizim maraqlarımıza uyğun deyil.

Prezident İlham Əliyev də, növbəti dəfə Dağlıq Qarabağa statusun verilməyəcəyini elan etdi. Bu ayın sonuna kimi üç rayon – Ağdam, Kəlbəcər və Laçın Azərbaycana qaytarıldıqdan sonra Xankəndidəki separatçıların rəhbəri Arayik Arutyunyanın mövcudluğuna son verimlidir. Artıq prosesdə Ankara-Moskva-Bakı formatı işləyir”.

Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya və Türkiyə arasında Birgə Monitorinq Mərkəzi yaradıldıqdan sonra atəşkəsə birlikdə nəzarət ediləcək:

“Hazırda Ermənistan silahlı birləşmələri anlaşmaya uyğun olaraq, ərazilərdən çıxarılır. amma hələ də, Qarabağın müəyyən hissələrində erməni silahlı birləşmələri qalır. Onlar da tam çıxarılmalıdır. İmza atılan üçtərəfli bəyannamədə də bütün erməni hərbi biləşmələrin Azərbaycan ərazilərindən çıxarılması qeyd edilir.

Türkiyə Silahlı Qüvvələri Şuşa, Hadrut və Kəlbəcərdə yerləşdikdən sonra proseslər tam fərqli olacaq. Yəni hazırda Xankəndidə davam edən proses kimi olmayacaq. Çox fərqli proseslərin şahidi ola bilərik”. /Teleqraf.com






Starxeber Bizi instagramda izləyin