17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 18.11.2020 188

“Yelo Bank” ön cəbhədə döyüşən əsgərimiz Ayaz Məmmədlini məhkəməyə verib.

Operativ24.Az xəbər verir ki, bu barədə "BakuPost"a əsgərin qardaşı Heydər Məmmədli məlumat verib.

Onun sözlərinə görə, dəfələrlə banka məlumat verilsə də, onlar iddiasından əl çəkməyib:

“Bildiyimiz kimi hal-hazırda bir çox oğullarımız torpaqlarımızın azadlığı uğrunda gedən mübarizəmiz səbəbilə hələ də işğaldan azad olunmuş torpaqlarımızdadır.

Vətən Müharibəsi müddətində ölkəmizdəki bir çox hökumət və qeyri-hökumət təşkilatlarının əsgər və şəhid ailələrinə göstərdikləri xüsusi diqqət və qayğı, millətimizin əsgərlərimizə olan sonsuz hörməti xalqımızın həmrəyliyinin göstəricisidir. Lakin təəssüf hissi ilə söyləməliyəm ki, bu həmrəyliyə sadiq olmayan, vətən keşiyində dayanan mübariz oğulların əzminin fərqində olmadan davranan qurumlar da mövcuddur. Qardaşım Ayaz Məmmədli 27 sentyabr tarixindən ön cəbhədədir.

Vətənin keşiyində duran bu əsgərimiz  “Yelo Bank” tərəfindən kreditin gecikdirilməsilə bağlı məhkəməyə verilib. Getdiyi gündən bəri sadəcə 2 dəfə yaxınları ilə danışmaq şansı tapan Ayazın cəbhə bölgəsində olduğu bankın məsul şəxslərinə bildirilib. Buna baxmayaraq, əsgərimiz 2 ay kredit borcunu gecikdirdiyi üçün məhkəməyə verilib”.

Məsələylə bağlı “Yelo Bank”dan ümumi bir cavab verilib. Bildirilib ki, həmin şəxs səfərbərlikdən geri qayıtdıqdan sonra Hərbi Prokurorluqdan, yaxud Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətindən təqdim etdiyi arayış əsasında yalnız 27 sentyabrdan geri qayıtdığı günədək olan faizləri, gecikmələri silinə bilər.

Qeyd edək ki, bank Ucar Məhkəməsinə müraciət edib. Hakim Hilal Xəlilovun icrasına verilən işə sabah 19 noyabr, saat 14:00-da baxılacaq.






Starxeber Bizi instagramda izləyin