Türkiyənin Çorum şəhərində 4,2 bal gücündə zəlzələ olub.
Operativ24.Az bildirir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 02:05-də qeydə alınan yeraltı təkanlar Kırıkkale, Yozqat və Kastamonuda da hiss olunub. Zəlzələ ocağı 10,77 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.