ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər.
Operativ24.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya tərəfindən görüşdə Xarici İşlər Nazirliyinin Xüsusi səfiri İqor Popov iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl Fransanın xarici işlər naziri Jan-İv Le Drian da çərşənbə günü Moskvada Dağlıq Qarabağla bağlı diplomatların iştirakı ilə görüşün keçiriləcəyini bildirmişdi.
Maraqlıdır: Azərbaycan Minsk qrupunun həmsədri olan həmin ölkələrin əvəzinə Qarabağ problemini özü həll edibsə, onlar nəyi müzakirə edəcəklər?!