10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Mədəniyyət 18.11.2020 188

17 noyabr Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Gülşən Qurbanovanın anım günüdür.

Axşam.az xəbər verir ki, Gülşən Qurbanova 1950-ci ilin dekabrın 19-da Bakı şəhərində anadan olub.

Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır. 1974-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirən Gülşən Qurbanova elə həmin ildən Gənc Tamaşaçılar Teatrında işə düzəlir.

Qeyri-adi xarakteri və yüksək peşəkarlığı ilə həmkarlarının və tamaşaçıların sevgisini qazanır.


G.Qurbanova 1989-cu ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) rollarını ifa edib.

G.Qurbanova 2006-cı ilin 17 noyabrında televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirir, 56 yaşında vəfat edir. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib ki, bu il həm də mərhum aktrisanın 70 illik yubileyi qeyd olunmalı idi. Lakin pandemiya ilə əlaqədar teatrların fəaliyyətinə qoyulan məhdudiyyətlər hələlik hər hansı bir tədbir planlaşdırmağa imkan vermir. Lakin teatrın fəaliyyəti tam bərpa edildikdən sonra sevilən aktrisa ilə bağlı xatirə gecəsinin keçirilməsi nəzərdə tutulur.









Starxeber Bizi instagramda izləyin